Son əlavə olunanlar

Təbiət

Şüşə qurbağası

Şüşə qurbağaları Centrolenidae amfibiya ailəsinə aiddir. Əksər şüşə qurbağaların ümumi rəngi ilk növbədə əhəng yaşılı olsa da, bu ailənin bəzi üzvlərinin qarın dərisi şəffafdır və bu, şüşə qurbağaya bu adın verilməsi də buradan qaynaqlanır.  

Vələmir

Dünya florasının tərkibində vələmir cinsinin 22 növü yayılmışdır. Bunlardan Qafqazda 12,  Azərbaycanda isə 11 növünə rast gəlmək olar. Vələmir cinsinin növləri birillik ot bitkiləri olub, əsasən Aralıq dənizi ölkələrinin ərazilərində yayılmışlar.  

Mantis karidesi

Mantis karidesləri xərçənglərin aqressiv qohumlarıdır. Adı karides olsa da, o, krevet növü deyil, xərçəng də deyil; Bəzi növlərin görünüşü istisna olmaqla, mantis ilə heç bir yaxınlığı yoxdur. Bu canlını ilk kəşf edən elm adamları ona rəng və görünüş baxımından bənzətdikləri digər heyvanların adını vermişlər və bu adlar dəyişməz olaraq istifadə olunmağa davam edir.

Novruzçiçəyi

Novruzçiçəyi gözəl dekorativ bitki kimi diqqəti cəlb edir, lakin bu məqsədlə çox az istifadə olunur. Onun bir çox növləri isə müalicə əhəmiyyətli bitkilərdir. Rusiyanın Avropa hissəsində yayılan dərman novruzçiçəyindən hələ çox qədim zamanlardan xalq təbabətində müalicə məqsədilə istifadə olunmuşdur. Ondan sinir sisteminin möhkəmləndiricisi, tərlədici vasitə kimi, döş qəfəsi xəstəliklərində, öskürək və s. əleyhinə geniş istifadə olunmuşdur. Köklərindən alınan cövhər isə bronxit xəstəliklərinin müalicəsində tətbiq edilir.  

Argentina zirehlisi

Çəhrayı Argentina zirehlisi (Chlamyphorus truncatus) Chlamyphoridae ailəsinə aiddir və , ilk dəfə 1825-ci ildə Riçard Harlan tərəfindən təsvir edilmiş ən kiçik armadillo növüdür. 8-10 santimetr uzunluğuna görə armadillo ailəsinin ən kiçik üzvü hesab olunur. İpək kimi yumşaq ağ kürkü olmasına baxmayaraq, ən diqqət çəkən xüsusiyyəti həm böyüklər, həm də körpə Argentina zirehlisinin üstünü örtən çəhrayı zirehdir. Bu zirehin kənarları bədəninə yapışdırılmadığı üçün onu soyuqdan qoruyan ağ kürkünü görə bilərsiniz.

Yəhərli tırtıl

Yəhərli tırtıl (Sibine stimulea)  Şimali Amerikanın şərqində yaşayan güvə növünün sürfəsidir. Meksikada da rast gəlinir. Növ şlak tırtılları, Limacodidae ailəsinə aiddir. Sürfə əsasən yaşıl rəngdədir, hər iki ucu qəhvəyi rəngdədir və mərkəzdə yəhərə bənzəyən ağ halqalı qəhvəyi nöqtə var. Hər iki ucunda bir cüt ətli buynuz var.