Son əlavə olunanlar

Təbiət

Amarant

Amarant bitkisinin faydalı və müalicəvi xüsusiyyətləri insanlara hələ çox qədim dövrlərdən məlum olmuşdur. Amerika qitəsində yaşayan qədim hindular, meksikalılar, perulular bu bitkinin qida xüsusiyyətləri ila tanış odluqdan sonra onu geniş sahələrdə əkib becərərək və min tonlarla yaşıl kütlə əldə edirdilər. 

Qırmızı dodaqlı yarasa balığı

Qırmızı dodaqlı yarasa balığı və ya Qalapaqos yarasa balığı Qalapaqos adaları ətrafında və Peru sahillərində 3 -76 m dərinlikdə tapılan qeyri-adi morfologiyalı balıqdır.Qəribə bədən forması və parlaq qırmızı dodaqları ilə diqqət çəkən qırmızı dodaqlı yarasa balığı su canlısıdır. Üzə bilməyən balıq növü olan bu canlı qumun üzərində hərəkət edir.  

Dumbo osminoqu (Fil qulaqlı osminoq)

Dumbo osminoqları (Grimpoteuthis) bütün osminoq növlərinin ən dərin sularda yaşayan sakinidir. "Dumbo" adı onların Disneyin 1941-ci ildə çəkdiyi Dumbo filminin baş personajına bənzəməsindən irəli gəlir, hər gözün üstündəki mantiyadan uzanan görkəmli qulağa bənzər üzgəc var.   

Palçıqlı tullanan (mudskipper)

Palçıqlı tullananlar (mudskipper) amfibiyalar sinifinə aid olduğu zənn edilsə də, balıqlar sinifinə aiddirlər. Eyni zamanda suda yaşayan balıqlarla, quruda yaşayan amfibilər arasında keçidin önəmli nümayəndələrindəndirlər. Elmi adı “Periophthalmus argentilineatus”dur.  

Pişik Balığı

Pişik balığı düz bədən quruluşuna malik şirin su balığıdır. Dəniz suyunda çox az növü yaşayır. Ümumilikdə şirin suda yaşamağı sevirlər.  

Milad ağacı qurdu Spirobranchus giganteus

Rəngarəng lələklərinə görə dəniz alimləri tərəfindən "Milad ağacı qurdu" adlandırılan dəniz qurdu (Spirobranchus Giganteus) qidalanma üçün rəngli şam ağacına bənzər çadırlarından istifadə edir.