Son əlavə olunanlar

Təbiət

Cape yağış qurbağası

Cənubi Afrikada Keyptaunda yaşayan endemik qurbağa növüdür.  

Zəngçiçəyi

Zəngçiçəyinin dünya florasının tərkibində 300-dən artıq növünə rast gəlmək olar. Bu növlərin Qafqazda 110, o cümlədən Azərbaycanda 46 növü yayılmışdır. Onun bir çox növündən xalq təsərrüfatının müxtəlif sahələrində — boyaq, dərman, qida, ədviyyat, yem və bəzək bitkisi kimi istifadə edilir.  

Yovşan

Yovşan (Artemisia) yunan sözü olan «artcmiziya»dan götürülərək «sağlam», «güclü» deməkdir. Bu, onun müalicəvi təsirə malik olduğunu göstərir. Bəzi mənbələrdə göstərilir ki, bitkinin adı Mavzola çarının xanımı Artcmiziyanın adından götürülmüşdür. Böyük təbiətşünas Pliniy göstərir ki, guya bu bitki ilə Artcmiziya xanım müalicə olunmuşdur.

Nərgizin şəfaverici gücü

Baharın müjdəçisi olan sarı rəngli nərgiz çiçəkləri erkən yazda qar altından baş qaldıraraq təbiətə salam verir. Onun adı yunan mifologiyasında nakam məhəbbətə qurban gedən gənc Narkissosun şərəfinə verilib. Yunan dilində “narkao” sözündən yaranan nərgiz sözü tərcümədə məst, sərxoş etmək deməkdir. Nərgiz bəzək bitkisidir və onun bir çox növləri mövcuddur. El arasında nərgiz gülünün mənalarının fərqli olduğu deyilir. Ağ nərgiz gülü diqqət, sarı nərgiz gülləri qarşılıqsız sevgi deməkdir.  

Quraqlıq

Su bitkilər üçün həm zəruri bir maddə, həm də qida maddələrinin həll olunduğu həlledici kimi bitki böyüməsinin təməl daşıdır. Onun torpaqda və bəzən havada az olması xeyli ziyan vurur. Su çatışmazlığı zədələnməyə daha həssas olan böyük, ətli yarpaqların ölümünə səbəb olur.

Emular

Emu quşu Dromaius cinsinin yeganə canlı növüdür. Dəvəquşudan sonra məlum olan ən uzun quş növüdür. Avstraliya qitəsində yaşayan  Emu quşuna tez-tez Tasmania adasında, Kral adası və Kenquru adalarında rast gəlinir.