Təbiət

Tənbəl ayı

Tənbəl ayı (Melursus ursinus) əsasən Pakistan, Hindistan, Şri-Lanka, Banqladeş, Nepal, Butan kimi ölkələrdə yayılıb. Hazırda nadir canlı hesab edilir. Əsasən seyrək meşələrdə və çöllərdə yaşayır. Bu növ özünə məxsus görünüşü sayəsinədə tənbəl ayı adını alıb.


Tənbəl ayılar xarici görünüş və həyat tərzi baxımından əsl ayılardan kəskin fərqləndiyindən onları ayrıca cinsə daxil edirlər. Bu canlıların dodaqları tüksüz olması ilə yanaşı uzun olur. Bu özəl xüsusiyyətinə görə “dodaqli ayı” da deyilir.


Bədən uzunluğu - 1.4-1.9 metr, çəkisi - 80-190 kq təşkil edir. Erkəklər dişilərdən 30—40 % iri olurlar. Ayaq üstə bədəni əzələlidir. Başı iridir. Sifəti isə uzundur. Bu canlıları digər ayılardan fərqləndirən əsas xüsusiyyət uzun tüklü xəzə sahib olmalarıdır. Rəngi parlaq qara olsa da adətən boz, qəhvəyi və qırmızımtıl qarışıqlı olurlar. Burnunun sonucu həmişə kirli boz rəngdə olur. Sinə mahiyyətində ayrıca parlaq ləkələr olur. Bu ləkələr V və ya Y hərflərini xatırladır. 


Dırnaqları bir az əyridir, caynaqları əsasən ağaca dırmanmaq və termit yuvalarını dağıtmağa xidmət edir. Dişləri qısadır. Üstəlik iki mərkəzi dişləri yoxdur. Damaqları boşdur, dil isə çox uzundur. Bu xüsusiyyət onların həşərat ovuna xidmət edir, dodaqları isə uzundur. Bala olan xüsusi sevgisinə görə ümumi adı - Melursusdur: tənbəl ayı, tez-tez ağaclara dırmaşır və arıların sancmağına baxmayaraq inadla dözür və şirin balı dadmaqdan imtina etmir. Termitlərdən, müxtəlif həşəratlardan və baldan əlavə, tənbəl ayının qida rasionuna giləmeyvələr də daxildir.


Əsasən gecə həyat tərzi keçirirlər. Gündüz iri otların üzərində və ya mağaralarda yatırlar. Adətən balalı dişilər gecə yırtıcıları ilə qarşılaşmamaq üçün gündüz həyat tərzinə keçirlər.


 Tənbəl ayılar il boyu aktiv olurlar. Qış yuxusuna getmirlər. Ancaq yağışlar mövsümü az aktiv həyat tərzinə keçirlər.


Hindistanda yayılmış tənbəl ayılar əsasən maydan iyula qədər cütləşmə dönəmi keçirirlər. Şri-Lanka ayıları isə il boyu. 7 aydan sonra balalar doğulur. Əsasən 1-2 və ya nadir hallarda 3 bala verirlər. Doğulduqdan 2-3 ay sonra ayı balaları kahanı tərk edirlər. Balalar adətən analarının belində səyahət edirlər. Balaların yetişdirilməsi anaların üzərinə düşür.


Onlar Beynəlxalq Təbiəti mühafizə birliyinin Qırmızı kitabına daxil edilmişdir. Nadir zooloji növ sayılırlar. 1975-ci ilə olan məlumata görə sayları 10 000 başı keçirdi.


Tənbəl ayılar Şəkər qamışı, Xurma palması, Qarğıdalı zəmilərinə vurduqları zərər və aqressiv olmaları səbəbindən ovlanılırlar. Onların xəzi qiymətli sayılsa da əti yeyilmir. Müəyyən hissəsi ənənəvi Asiya tibbində istifadə edilir. Onların sayına təsir göstərən əsas amillərdən biri yaşayış ərazilərinin insanlar tərəfindən mənimsənilməsidir.


Tənbəl ayı həssas növə aiddir və 40 il yaşaya bilir.