Nağıllar, hekayələr

Yuriy Koval. Nyurka

Zuy əminin Nyurkası altı yaşında idi. O, uzun müddət altı yaşında qaldı. Bütün il boyu. Düz avqust ayında Nyurkanın yeddi yaşı oldu.

 

Nyurkanın doğum gününə Zuy əmi kalitkalar bişirmişdi-bu, arpa sıyığıyla olan çörəklərdir-qonaqlar da çağırmışdı. Məni də, həmçinin. Mən qonaq getməyə hazırlaşırdım və Nyurkaya nə hədiyyə edəcəyimi fikirləşib tapa bilmirdim.


İki kiloqram noğul al, - Panteleyevna deyir,-balınc noğulu.


-Xeyr, burda daha ciddi hədiyyə lazımdır.


Mən öz əşyalarımı ayırmağa başladım.


Bel çantamı silkələdim–hiss olundu ki, içində nəsə var. Bu ki durbindir. Və bütün hissələri yerindədir, şüşələri sınmayıb və gözləri də fırlanır. Quru parçayla durbini təmizləyib eyvana çıxdım və Zuy əminin həyətinə tuşladım. Hər şey yaxşı görünür: Nyurka bostanda qaçır, şüyüd toplayır, Zuy əmi samovar qoyur.

–“Nyurka,” –Zuy əmi qışqırır, - “qıtıqotu çıxartdın?”


Bu sözləri mən durbinsiz belə, eşitdim.


- Çıxartdım, - deyə Nyurka cavab verir.


- Durbini boynuma asıb mağazaya girdim, iki kiloqrm balınc noğulu alıb Nyurkagilə getdim.


Fərqli adamlar toplandı. Məsələn, Fedyuşa Mironov öz xrom çəkmələrində anası Mironmxa ilə gəlib. Nyurka üçün tozağacı qabığından qələm qutusu gətirib. Bu qələm qutusunu Miroşa baba toxumuşdu.


Beş yaşındakı Manya Kletkina da gəldi. O Nyurkaya ağ məktəb önlüyü gətirib. Önlüyün küncündə kiçik hərflərlə Nyuri toxunmuşdu. Başqa uşaqlar və böyüklər də gəldilər, onlar hamısı Nyurkaya məktəb əşyaları hədiyyə edirdilər: əlifba, xətkeş, iki kimyəvi qələm, özüyazan qələm.


Kseniya xala Nyurkaya xüsusi qəhvəyi məktəbli donu hədiyyə etdi. Özü tikmişdi. Zuy əmi isə sarı süni dəridən bel çantası bağışladı. Moxov qardaşları iki vedrə qaragilə gətirdilər.

 

- Bütün günü,-deyirdilər,-yığmışıq. Ağcaqanadlar dişləyib.

 

Mironixa deyir:


- Bu ki, məktəblə əlaqəli deyil. –Moxov qardaşları deyirlər, -çox əlaqəlidir.


Və elə özləri qaragiləyə hücum çəkdilər. Mən Nyurkaya deyirəm:


-Nyurka, təbrik edirəm. Artıq sənin yeddi yaşın var. Buna görə sənə iki kiloqram balınc noğulu və bu durbini hədiyyə edirəm.


Nyurka durbini görəndə çox sevindi və gülümsədi. Mən ona durbinlə necə baxmağı və yönəltməyi başa saldım. Bütün uşaqlar on addım arxaya gedərək bir-bir durbinlə bizə baxmağa başladılar.


Mironixa isə durbini birinci dəfə görmüş kimi deyir:


- Bu məktəbli əşyası deyil.


- Niyə məktəbli əşyası deyil ki, - mən incidim, -əgər məktəbli ondan baxırsa deməli məktəbli əşyasıdır.


Zuy əmi isə deyir:


- Ya da ki, müəllim Aleksey Stepaniçlə dama çıxarlar və ulduzlara baxarlar.


- Sonra hamı evə girib masa arxasına əyləşərək həm kalitkalara, həm də xiyarlara hücum çəkdilər. Xiyarlardan güclü xırtıltı gəlirdi, ən çox da Mironixa çalışırdı. Mən isə məktub kimi bükülmüş Kalitkaları çox bəyəndim.


- Nyurka çox şad idi. O əlifbanı, durbini və başqa əşyaları bel çantasına qoydu və masa arxasında onunla gəzirdi.


Doyunca çay içəndən sonra uşaqlar həyətə düşüb lapta oynadılar.


Biz isə pəncərənin yanında oturub çay içirdik və pəncərədən uşaqların lapta oynamaqlarına, axşamın necə də gec gəldiyinə və qaranquşların axurlar və yolların üstündən uçmağına baxırdıq. Sonra isə qonaqlar dağılmağa başladılar.


Təşəkkürlər, - onlar deyirdilər, - xiyar və kalitkaya görə çox sağ olun.


- Sizə təşəkkürlər, -Nyurkaya dedi, -paltara, önlüyə və durbinə görə.

 

- Bu gündən sonra bir həftə ötdü və Sentyabrın biri oldu. Səhər tezdən mən eyvana çıxdım və Nyurkanı gördüm. O, məktəbli paltarında, “Nyuri” yazılmış önlükdə yol ilə gedirdi. Onun əlində qızılı şarlardan düzəldilmiş dəst var idi, boynundan isə durbin asılmışdı. On addım arxada Zuy əmi gəlirdi və belə deyirdi:


- Bax, Pantelevna, mənim Nyurkam məktətbə getdi.


- Bəli, bəli, - Pantelevna başını yellədirdi, - Əhsən ona!


Hamı boylanırdı və küçəyə çıxıb Nyurkaya baxırdılar, çünki o, bu il bizim aramızdan birinci sinfə gedən yeganə uşaq idi.


Məktəbin yanında onu müəllim Aleksey Stepaniç qarşıladı. O, Nyurkanın əlindən buketi aldı və dedi:


- Bəli, Nyura, artıq sən birincisən. Səni təbrik edirəm. Sən durbin də gətirmisən, əhsən sənə. Biz daha sonra dama çıxıb birlikdə ulduzlara baxarıq.


- Zuy əmi, Pantelevna, Kseniya xala, Mironixa və başqa adamlar məktəbin yanında qalıb Nyurkanın necə pilləkəndən qalxdığına baxırdılar. Sonra qapı bağlandı.


Beləcə Nyurka məktəbli oldu. Axı onun yeddi yaşı vardı. Hələ uzun müddət yeddi yaşında qalacaqdı. Bütün il boyu.