Bu maraqlıdır!

Hansı heyvanları biz ev heyvanları adlandırırıq?

Group Of Domestic AnimalsÇox qədim dövrdən insanlar heyvanları özlərinə öyrətməyə başlayıb.


Adətən, insanlar bəzi heyvanlara özləri birlikdə yaşamağı və iş zamanı kömək etməyi öyrədirdilər. Bu heyvanları ev heyvanları adlandırırlar. Atlar, eşşəklər, öküzlər, fillər, lamalar və dəvələr kimi bir çox heyvanları insanlar hələ də minik və yük daşımaq üçün istifadə edirlər. Onları texnikanın çatışmadığı və ya təbii şəraitə görə istifadəsinin çətin olduğu yerlərdə işlədirlər.


Ev heyvanları insanlara təkcə işdə kömək etmir. İnsanın ən yaxşı köməkçisi və dostu, əlbəttə, itdir. O, evi və öz sahibini qoruya bilir; xilasedici itlər, axtarış itləri, həmçinin kor insanlara kömək edən bələdçi itlər var.


Bəzi ev heyvanlarını onlardan ət, dəri, yun və ya süd almaq üçün saxlayırlar. İnsanların ev heyvanlarını saxlaması və onlara qayğı göstərməsi fəaliyyətinə heyvandarlıq deyilir. Bəzi heyvanlar, məsələn, at insanla birlikdə idman yarışlarında iştirak edir. Nəhayət, bir çox insanlar heyvanları evdə xeyir gətirmələri üçün deyil, sadəcə, dostluq və söhbət etmək üçün saxlayır.