Saçaqlı tısbağa
Saçaqlı tısbağa və ya mata-mata Cənubi Amerikada, Orinoko və Amazonka çaylarında yaşayır. Bədəninin müxtəlif yerlərindəki uzun dəri çıxıntılara görə ona saçaqlı tısbağa da deyirlər. Alimlərin fikrincə, saçaqlı tısbağa radioaktiv materiallarla eksperimentlər nəticəsində əmələ gələn mutasiyalardan yaranıb, amma bu fikri hələlik kimsə təstiq etməyib.
Uzunluğu 50 sm-ə, çəkisi 10 kq-a çatır. "Saçaq"ları sayəsində yaşadığı ərazidə əla maskalana bilir. Mata-matanın daxili orqanları adi tısbağadan fərqlənir. O, boynunu içəri çəkmir, yana əyib çanağının altında gizlədir. Daha çox lilli suda yaşayır.
Mata-mata əsasən balıq, çömçəquyruq, xırda xərçəngkimilər, mollyusklarla qidalanır. Çənəsi zəif olduğundan qənimətini dişləyə və ya tutub saxlaya bilmir. O bir yerdə sakitcə dayanıb gözləyir, ovu yaxınlaşanda onu su ilə birlikdə içinə çəkir, sonra ağzını aralayaraq suyu buraxır. Ovunu isə bütöv udur.
Saçaqlı tısbağa çox görməmişdir. Mədəsi dolub, sonuncu balıq boğazının kandarında qalanacan yeyir. O balıq isə onun boğazında 7-10 gün, mədəsindəki qida həzm olunanadək qalır.
Mata-mata 5-dən 30-dək yumurta qoyur, yumurtalardan yeni tısbağaların çıxması isə 60 gündən 310 günədək çəkə bilər, hər şey temperaturdan asılıdır.
Saçaqlı tısbağanı akvaterraniumlarda da saxlayırlar. Amma bu zaman temperaturun 28-30 dərəcəyədək olmasına diqqət yetirirlər. Çünki suyun hərarəti 24 dərəcəyədək düşərsə, mata-mata küsür, hətta yeməkdən də imtina edir
06.09.2023