Son əlavə olunanlar

Təbiət

Madaqaskar əlayaqlısı- Ay-ay

Madaqaskarın şimal və şərq hissələrində yaşayan Ay-aylar (ali məməlilər dəstəsi) gecə primatlarının ən böyük canlısıdır.   

Fikariya

Fikariya cinsinin Aralıq dənizi ölkələrində 5-6 növü məlumdur. Bunlardan 4-ü Qafqazda, 3-ü isə Azərbaycanda yayılmışdır. Erkən yazda nəmli çəmənliklərdə dairəvi, yaxud ürəkşəkilli yarpaqları və parlaq sarı rəngli çiçəkləri adamı uzaqdan özünə cəlb edir. Yarpaqların saplağının uzunluğu 10-12 sm-dir. 

Şüşə qurbağası

Şüşə qurbağaları Centrolenidae amfibiya ailəsinə aiddir. Əksər şüşə qurbağaların ümumi rəngi ilk növbədə əhəng yaşılı olsa da, bu ailənin bəzi üzvlərinin qarın dərisi şəffafdır və bu, şüşə qurbağaya bu adın verilməsi də buradan qaynaqlanır.  

Vələmir

Dünya florasının tərkibində vələmir cinsinin 22 növü yayılmışdır. Bunlardan Qafqazda 12,  Azərbaycanda isə 11 növünə rast gəlmək olar. Vələmir cinsinin növləri birillik ot bitkiləri olub, əsasən Aralıq dənizi ölkələrinin ərazilərində yayılmışlar.  

Mantis karidesi

Mantis karidesləri xərçənglərin aqressiv qohumlarıdır. Adı karides olsa da, o, krevet növü deyil, xərçəng də deyil; Bəzi növlərin görünüşü istisna olmaqla, mantis ilə heç bir yaxınlığı yoxdur. Bu canlını ilk kəşf edən elm adamları ona rəng və görünüş baxımından bənzətdikləri digər heyvanların adını vermişlər və bu adlar dəyişməz olaraq istifadə olunmağa davam edir.

Novruzçiçəyi

Novruzçiçəyi gözəl dekorativ bitki kimi diqqəti cəlb edir, lakin bu məqsədlə çox az istifadə olunur. Onun bir çox növləri isə müalicə əhəmiyyətli bitkilərdir. Rusiyanın Avropa hissəsində yayılan dərman novruzçiçəyindən hələ çox qədim zamanlardan xalq təbabətində müalicə məqsədilə istifadə olunmuşdur. Ondan sinir sisteminin möhkəmləndiricisi, tərlədici vasitə kimi, döş qəfəsi xəstəliklərində, öskürək və s. əleyhinə geniş istifadə olunmuşdur. Köklərindən alınan cövhər isə bronxit xəstəliklərinin müalicəsində tətbiq edilir.