Təsviri sənətdə impressionizm
İmpressionizm (“impression” sözündən olub təəssürat deməkdir) incəsənətin XIX əsrin 60-cı illərinin sonlarında Fransada yaranan istiqamətidir. Onun nümayəndələri – fransız rəssamlar Klod Mone, Kamil Pisarro, Alfred Sisley, Pyer Ogüst Renuar və başqaları daim hərəkət edən və dəyişən gerçək dünyanı daha təbii və qərəzsiz əks etdirməyə, ani təəssüratlarını tabloya köçürməyə çalışıblar.