Son əlavə olunanlar

Bu maraqlıdır!

Maçu-Pikçu

Müasir Perunun ərazisində sirli Maçu-Pikçu şəhəri yerləşir. Onu həm də “inklərin itirilmiş şəhəri” də adlandırırlar. Dağ başında yerləşən bu şəhər 1440-cı ildə inklərin başçısı Paçakutek tərəfindən 2057 metr hündürlükdə salınıb. Dörd yüz il əvvəl tərk olunmuş şəhər unudulub və tamamilə kimsəsizləşib.   

Naməlum Cənub Torpaq

Avstraliya bütöv bir qitəni əhatə edən dövlətdir. Onu axtarıb tapmaq avropalı dəniz səyyahları üçün heç də asan olmayıb. Avstraliyanı ilk dəfə kimin kəşf etməsi məlum deyil: çinlilər, hollandlar, portuqaliyalılar və hətta  qədim misirlilər bunu öz adlarına  çıxırlar.     

Sirlərlə dolu Stounhenc

Sirli daş tikili olan Stounhenc İngiltərənin Ultşir qraflığında yerləşir. İngilis dilindən tərcümədə Stounhenc "daş hasar" mənasını verir. Bu abidə də qədim zamanlardan dövrümüzə gəlib çatan bir çox tikili kimi sirlərlə doludur. 

Dünya hər kəs üçün rəngli deyil

Ağacların yaşıl yarpaqlarına, meşələrin və talaların möhtəşəm rəngarəngliyinə baxarkən, muzeydəki şəkilləri seyr edərkən biz rəngləri seçə bilməyimizin necə əvəzsiz olduğu haqqında fikirləşmirik. Çox zaman unuduruq ki, dünya bizim üçün bütün rənglərlə bəzədilib, əks-halda bu dünyanı başqa şəkildə də görə bilərdik.    

Barıt kəşf edilməmişdən qabaq insanlar nə ilə atəş açırdılar

Qədim insanlar nə ilə silahlanır və özünü necə müdafiə edirdi? Heç fikirləşmədən ağılınıza təbiətin təmin etdiyi daş və dəyənəklər gələcək. Zaman keçdikcə insanlar heyvanları ovlamaq üçün quyu qazaraq tələ düzəltməyi, vəhşi heyvanlardan və düşmən qəbilələrinin qəfil hücumlarından qorunmaq üçün qayalarda və ya ağaclarda məskən salmağı öyrəndilər.        

Fikirləşirlər də!

Qədim romalılar 4 min il bundan əvvəl ayaqqabıların dabanlarını yeyilməkdən qorumaq üçün dəmir mismarlardan istifadə edirdilər. Bizim eradan 1000 il əvvəl Qədim Yunanıstanda çaxır istehsalı zamanı üzümün suyunu sıxıb çıxarmaq üçün presdən istifadə olunurdu.