Son əlavə olunanlar

Bu maraqlıdır!

“Axillesin dabanı” nə deməkdir?

Axilles – bir çox Qədim Yunan əsatirlərinin qəhrəmanıdır. O, məğlubedilməz, cəsarətli bir insan idi. Düşmənin atdığı oxların heç biri ona zərər vurmazdı. Yəqin ki, “Axillesin dabanı” ifadəsini tez-tez eşitmisiniz. Əgər o, məğlubedilməz və cəsarətli olubsa dabanın bu məsələyə nə dəxili var?!  

Səs nədir?

Səs yalnız hansısa mühitdə, məsələn, havada, suda, dəmirdə dalğalar şəklində yayılan  mexaniki hadisədir. Səs mənbəyindən mühitdə sıxlaşma və seyrəlmə baş verir. Səsi eşitməyimiz üçün səs mənbəyi saniyədə  azı 20 rəqsi hərəkət etməli, yaxud  20 hers (hs)  tezliyə  malik olmalıdır.  Bu, çox alçaq səs sayılır. Rəqs  tezliyi  nə qədər çox olsa,  səs bir o qədər gur çıxır.      

Dünyanın ən məşhur səkkiz zooparkı. Şönbrun zooparkı

Vyananın Şönbrun zooparkı dünyanın ən qədim zooparklarından biridir. Bu zoopark artıq 3 dəfə Avropanın ən yaxşı zooparkı seçilib. İl ərzində təxminən 2 milyon turist ayı-pandaları, fil və digər nəsli kəsilməkdə olan digər heyvanları görmək üçün zooparka baş çəkir.  

Azadlıq heykəli

Azadlıq heykəli həm Amerika Birləşmiş Ştatlarının, həm də Nyu-York şəhərinin simvolu sayılır. Amerikalıların ən sevimli və vacib bayramlarından biri – 1776-cı il iyulun 4-dən bu yana qeyd etdikləri Müstəqillik günüdür. 

Dünyanın ən məşhur səkkiz zooparkı. Çester zooparkı

Böyük Britaniyanın Çester zooparkı 1931-ci ildə heyvansevər Corc Moterşedin köməyi ilə yaradılmışdır. Hələ 1903-cü ildə uşaq olarkən o, Mançester zooparkını ziyarət etmiş və heyvanların saxlandıqları nəm və qaranlıq şəraiti görüb məyus olmuşdu.    

Baykonur Kainatın ilk limanıdır

Dünyanın səkkiz ölkəsində  20-dən çox kosmodrom vardır. Bu kosmodromlardan  kosmosa raketlər göndərmək mümkündür. Lakin kosmik aparatlar daha çox Rusiyaya məxsus Baykonur kosmodromundan  start götürür. Baykonur  dünyada birinci  və ən böyük kosmodromdur.