Son əlavə olunanlar

Bu maraqlıdır!

Buz dövründə heyvanların başına nə gəlib?

Yer kürəsi buz dövrü deyilən bir dövr yaşayıb. O zamanlar qalın buz təbəqəsi Şimali Amerikanın çox hissəsini, Avropanı və Qərbi Sibiri bürümüşdü. Alimlərin fikrincə uzun bir müddət ərzində baş verən bu proses təxminən 1 000 000 il bundan əvvəl başlayıb və Yerin müxtəlif ərazilərində müxtəlif dövrlərdə məsələn, Şimali Avropada və Rusiyada bir neçə min il bundan qabaq başa çatıb.

Heyvanlara adlar necə verilib?

İngilis dilində heyvan adları eyni cür yaranmayıb. Onlardan bəziləri artıq başqa dillərdə mövcud idi. Digərləri isə heyvanı xarakterizə edən söz birləşmələrindən düzəldilib. Sizi bəzi heyvan adlarının necə yaranması ilə tanış etmək istəyirik.

Batareyalarda elektrik cərəyanı haradandır?

Hələ qədim dövrlərdə insanlar müşahidə edirdilər ki, kəhrəbanı yuna sürtən zaman ona xırda saman çöpləri yapışmağa başlayır. Bunlar elektrik cərəyanı haqqında ilk təsəvvürlər idi. Sürtünmə zamanı kəhrəbada cərəyan yaranırdı ki, bu da kiçik saman çöplərini özünə cəzb edirdi.

Təyyarə haqqında nə bilirik?

İnsanlar hər zaman uçmaq arzusunda olublar. Bəşəriyyət tarixində özünə qanadlar taxaraq yüksək binalardan və ya qayalardan atlanan bir çox insanlar məlumdur. Lakin çox zaman quşlara bənzəmək həvəsi belə cəsur adamlara həyatları bahasına başa gəlirdi. Bu vəziyyət insanların əzələlərinin gücünün uçmaq üçün kifayət etmədiyini anlayanadək davam etdi.

Şüşə nədən və necə hazırlanır?

Şüşə ilə tanışlığımızı bir sual və onun cavabı ilə başlayaq: Şüşəni nədən hazırlayırlar? Şüşənin tərkibi çox sadədir – yəni kvars qumu, soda və əhəngdən ibarətdir.  

İlin fəsilləri

Təsəvvür edin ki sehrbaza rast gəlmisiz. O sizə söz verir elə eləsin ki, çöldə həmişə yay olsun. Siz yəqin əvvəlcə çox sevinərdiz: axı artıq yay tətilləri sona yetməyəcək! Bundan sonra bütün il ərzində velosiped sürüb, çayda çimib, günəş altında qaralmaq mümkün olacaq.