Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Zülfüqar Hacıbəyov

Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində keçib. Erkən yaşlarından şəhərin musiqi məclislərində iştirak edib, istedadlı xanəndələrin ifasında xalq mahnılarını dinləyib. Demək olar ki, şəhərin mədəni ab-havasının ona gələcək həyat yolunu müəyyən etməkdə xeyli təsiri olub. Gənc yaşlarından musiqiyə əbədi bağlanan Z.Hacıbəyov ilk biliyini xalq musiqisindən alıb.  

Əziz Şərif

Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, maarif və mətbuat xadimi Əbdüləziz Məşədi Qurbanəli oğlu Şərifzadə (Əziz Şərif)  1895-ci il martın 28-də Naxçıvan şəhərində anadan olmuşdur. 

Ələviyyə Babayeva

Nasir, tərcüməçi, ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Prezident təqaüdçüsü Ələviyyə Babayeva 1921-ci il 12 avqustda Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Babayevanın ilk hekayəsi "Ədəbiyyat qazeti"ndə çap olunandan sonra gənc yazıçı yaradıcılıq axtarışları aparmış, tanınmış bir nasir olmuşdur.  

Məmmədəli Vəlixanlı

Azərbaycan teatr salnaməsinə adını yazdıran, öz dəst-xətti ilə tamaşaçıların rəğbətini qazananlardan biri də Xalq artisti Məmmədəli Heydərzadə (Vəlixanlı) 1899-cu il martın 13-də Bakıda doğulub.  

Bayram Bayramov

Xalq yazıçısı Bayram Salman oğlu Bayramov 1918-ci il dekabr ayının 11-də Ağdam rayonunda  anadan olub.  

Tofiq İsmayılov

Milli kino sənətimizin inkişafında xidmətləri olan tanınmış simalardan biri də kinorejissor, Xalq artisti, professor Tofiq İsmayılovdur. Onun filmlərinin hər birinin öz maraqlı süjeti, rejissorun mövzulara özünəməxsus yanaşma tərzi var. Tofiq İsmayılov Azərbaycan kino sənətinə dəyərli filmlər bəxş etməklə yanaşı, pedaqoji fəaliyyəti ilə də neçə-neçə tələbə yetişdirib.