Son əlavə olunanlar

Nağıllar, hekayələr

Ukrayna xalq nağılı. Xoruz və iki siçan

Biri var idi, biri yox idi, Krut və Vert adlı iki kiçik siçan və uca səsli - Xoruz var idi. Gün ərzində siçanlar yalnız mahnı oxuyur, rəqs edir, və oyun oynayırdılar. Xoruz isə günəşin şəfəqləri görsənən kimi, əvvəlcə hər kəsi mahnısı ilə oyadır, sonra, dərhal iş başına keçirdi.

Həsən Qaranın nağılı

Həkan-həkan içində, qoz girdəkan içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvə nin qıçı batdı. Milçək mindik, körpü keçdik, yabaynan dovğa içdik. Şah Abbas cənnət məkan, tərəziyə verdi təkan. İki qoz, bir girdəkan.

Lev Tolstoy. Balaca quşcığaz

Seryoja adlı oğlanın ad günü idi və ona çoxlu fərqli hədiyyələr vermişdilər: canavar və at oyuncaqları, müxtəlif rəsmlər və s. Amma Seryoja üçün ən dəyərlisi - dayısının hədiyyə etdiyi quş toru idi.

Məmur və oğlan. Çin nağılı

Lovğa bir məmur qocalmışdı. Odur ki, ömrünün qalan günlərini xoş keçirmək üçün məmurluqdan əl çəkib mülkədar olmaq fikrinə düşdü. O, özü üçün yer aldı, kəndin qırağında böyük bir ev tikdirdi. Bekarçılıqdan, məmur, hər gün kəndlilərin tarlalarını gəzir, yeri gəldi, gəlmədi onlara ağzına gələn məsləhətlər verirdi.

Vasili Suxomlinski. Çovğun

Anar evdən çıxanda çovğun idi. Külək qəzəblə vıyıl dayırdı. Qarı adamın üzünə çırpırdı. Uşaq qorxdu. Dayanıb fikirləşdi: “Bəlkə, məktəbə getməyim?”

Gülzar İbrahimova. Ağıllı qızın nağılı

Emin hər dəfə “Sehrli Dünya” jurnalı alanda çox sevinirdi. Bu dəfə Yeni il jurnalı gəlməli idi, amma bayrama bir neçə saat qalsa da, jurnal hələ gəlib çıxmamışdı.