Son əlavə olunanlar

Mədəni irsimiz

Su çərşənbəsi

İlaxır çərşənbələr özünəməxsus ayinlər silsiləsidir ki, ilkin təsəvvürlər toplu halında bütün xalq tərəfindən gen yaddaşında yaşadılır. Həmin ayinlər sisteminin ümumi məzmunu ondan ibarətdir ki, Allah ilk olaraq, qarmaqarışıq xaosdan suyu ayırır. Başlanğıcda kürreyi–aləm ancaq sudan ibarət olur.

Azərbaycanın qayaüstü rəsmləri

İnsanlar yazı icad olunmamışdan xeyli əvvəl dünyanı necə gördüklərini başqalarına çatdırmaq üçün vasitələr axtarmağa başlayıblar. Onlar petroqliflərin köməyi ilə həyəcanları barədə danışmaq, ovda uğuru cəlb etmək, həyatlarından səhnələrlə paylaşmağa başladılar. Petroqliflər (qədim yunan sözlərindən götürülüb: “πέτρος” – “daş” və “γλυφή” – “oyma”) qədim insanların çəkdiyi qayaüstü rəsmlərə deyilir, onlar bu rəsmləri daşlar üzərində cızır və ya boya ilə çəkirdilər.

Şuşa abidələri: Şirin su hamamı

Azərbaycanın mədəniyyət paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Qədim Şuşada 17 məhəllə, hər məhəllədə hamam, məscid və bulaq olub. Şəhərdəki digər abidələr kimi, qədim hamamlar da erməni vandalizminə məruz qalıb.

Azərbaycanda dini inanclar

Qədim insanlar çoxlu tanrılara sitayiş edirdilər. Onlar oda, ayrı-ayrı bütlərə, təbiət cisimlərinə və hadisələrinə (Günəş, Ay, torpaq, su, yağış, dəniz və s. tanrılarına) dualar edir, qurbanlar verirdilər. Belə dinlər çoxtanrılı dinlər adlanır.

Şəmsəddin Eldəniz necə Azərbaycan hökmdarı oldu

Rəvayətə görə, Dərbənd şəhərinin məşhur qul bazarından bir Azərbaycan taciri 40 qul almışdı. O zaman qul alverinin qaydası vardı: hər hansı tacir əgər bir dəfəyə 40 qul alırdısa, 40-cı qul ona bağışlanırdı, yeni pulsuz verilirdi. Ona görə də bu tacirə bir qul pulsuz olaraq verilirdi. Lakin tacirə bağışlanan qul balaca və çox zəif idi. 

Azərbaycan adı necə yarandı

Qədim Manna dövlətinin süqutundan çox sonralar Azərbaycan ərazisində yeni dövlətlər meydana gəldi. Bu dövlətlərdən biri də Azərbaycanın Araz çayından cənubdakı torpaqlarda yaranmışdı. Adına Atropatena deyirdilər.