Son əlavə olunanlar

Mədəni irsimiz

Nəfəs alətləri

Azərbaycan milli musiqi sənətinin inkişafında nəfəsli alətlərin misilsiz tarixi rolu olmuşdur.

Avesta

Avesta ən qədim dövr Azərbaycan ədəbiyyatından bizə ya digar qalan, tariximizdən, adət-ənənələrimizdən soraq verən möhtəşəm, çox dəyərli bir abidədir.

Muğam dəstgahları

Muğam dəstgahları şifahi ənənəli Azərbaycan professional musiqisinin ən böyük janrı, mükəmməl və klassik formasıdır. "Dəstgah" sözü - "dəst" - bütöv, tam; "gah" - yer, mövqe deməkdir. Dəstgah - muğamın vokal-instrumental şəkildə bütün hissələrinin - şöbə, guşə, rəng, təsniflərin tam, bütövlükdə, muğam kompozisiyasının tələbləri səviyyəsində ifası deməkdir.

Zərb alətləri

Azərbaycanda zərb çalğı alətlərinin kökləri çox-çox qədimlərə, ibtidai yaşayış dövrlərinə aid edilir. Bu dövrlər insanlar müəyyən vasitələrlə ritmlərin alınmasına nail olublar. Belə vasitələrdən biri də ayaq döyməklə zərb üsulundan istifadə etmək idi.

Muğam adlarının etimologiyası

Muğam adlarının etimologiyası maraqlıdır. Bəzi muğam adları rəqəmlərlə bağlıdır: məs., "Dügah": dü - ikinci, gah - "məqam", "məkan", "mövqe" mənasını daşıyır, "ikinci məqam" deməkdir. O cümlədən, "Segah" - "üçüncü", "Çahargah" - "dördüncü", "Pəncgah" - "beşinci" məqam mənasını verir. 

Muğamın tarixi

Muğamın tarixi çox qədimdir. Şərq musiqisinin möhtəşəm sənət abidəsi olan muğamın yaranmasını alimlər hələ keçən minilliyə, islamaqədərki dövrə aid edirlər. Onun köklərini zərdüştiliklə bağlayırlar. Muğam sözünün mənası da Allah tərəfindən göndərilən musiqi kimi izah olunmuşdur.