Son əlavə olunanlar

Mədəni irsimiz

Naxçıvan şəhər buzxanası

Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində orta əsr Azərbaycan memarlığının nadir nümunələrindən sayılan buzxanaların xüsusi yeri vardır. Özünəməxsus memarlıq xüsusiyyətləri ilə seçilən belə abidələrdən biri Naxçıvan şəhərinin cənub tərəfində, İmamzadə kompleksinin yaxınlığında yerləşən XII-XIV əsrlərə aid buzxanadır.  

Bərdə xalçası

Orta əsrlərdən məşhur olan, öz şöhrətini günümüzədək saxlayan Qarabağ xalçaları adları və naxışları ilə seçilir.  

Naftalan

Kiçik Qafqaz sıra dağlarının ətəklərində məskən tutmuş Naftalan təbiətin insana olan sevgisinin ən bariz nümunəsidir. Naftalan şəhəri Azərbaycanın şimal-qərbində, Bakıdan 340 km məsafədə yerləşir. 1967-ci ilə qədər Naftalan şəhəri Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərib.1967-ci ilin 28 aprelində Naftalana Respublika tabeli şəhər statusu verilmişdir.  

Oxçu qalası

Zəngəzur mahalının Qafan rayonunun, Oxçu və Gığı çaylarının qovuşuğunda, Novruzyurd adlı hündür təpəliyin üstündə yerləşir. 

Naxçıvan milli rəqsləri

Rəqs sənətimizin tarixi xeyli qədimdir. Hələ insanlar ibtidai icma quruluşunun ilk mərhələlərində əllərini bir-birinə vuraraq, ahəngdar səs-sədalar altında rəqs etmişlər. Azərbaycan xalqı uzun əsrlər boyu rəngarəngliyi və coşğunluğu ilə insanı valeh edən rəqslər yaratmışdır. Həmin rəqslər öz xoreoqrafik mürəkkəbliyi, hərəkətlərin həmahəngliyi, zərifliyi və dəqiqliyi, oynaqlığı və şuxluğu ilə insanlara böyük mənəvi zövq vermişdir. Bu zəngin mənəvi sərvət sadədən mürəkkəbə doğru inkişaf edərək saflaşmış, cilalanmış və büllurlaşmışdır.   

Ağudi qəbirüstü abidəsi

Ağudi qəbirüstü abidəsi Qarakilsə nahiyəsinin Ağudi kəndində, Sisian şəhərindən 5 km məsafədə, Ağudi-Sisian yolunun kənarında yerləşir.