Son əlavə olunanlar

Mədəni irsimiz

Ordubad qeysəriyyəsi

Naxçıvanın türk-islam mədəniyyəti abidələrindən biri də XVII əsrə aid Ordubad Qeysəriyyəsidir. Ordubad şəhərinin mərkəzində, bazar meydanında yerləşən Qeysəriyyə orta əsrlər zamanı şəhər ticarətində mühüm əhəmiyyət kəsb edən üstüörtülü bazarlar qrupuna aiddir. Adətən bahalı mallar, xüsusilə daş-qaş, cəvahirat satılan bu bazarlara xalq arasında “Şah bazarı” da deyilirdi.

“Açma-yumma” xalçası

“Açma-yumma” xalçaları qədim zamanlardan bəri Ağdam rayonunun Xıdırlı, Cəbrayıl rayonunun Papı və Sofulu kəndlərində, XVIII əsrdən bəri isə Şuşa şəhərində və onun yaxınlığındakı Xəlfəli, Şırlan qəsəbələrində, həmçinin Xocavənd rayonunun toxuculuq mərkəzlərində də toxunulub.

Хаnəgаh Memarlıq Kompleksi

Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılan dini-memarlıq abidələri sırasında sufiliklə bağlı mərkəzlər - xanəgah kompleksləri xüsusi yer tutur. Belə komplekslərdən biri XII-XV əsrlərə aid Xanəgah Memarlıq Kompleksidir. Xanəgah Memarlıq Kompleksi Culfa rayonunun Xanəgah kəndindən şimаl-şərq tərəfdə yеrləşir.

Kеyqubаd məscidi

Kеyqubаd məscidi Dərviş türbəsi yаnındа оnа bitişik bir məscid-mədrəsə binаsı оlmuşdur. Türbə məscidin cənub hissəsində yеrləşir.

Qarabağın Malıbəyli xalçası

Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən Malıbəyli xalçaları öz adını Şuşa şəhərindən 15 km şimalda yerləşən Malıbəyli kəndinin adından götürmüşdür. Bu kəndin kişi sakinləri heyvandarlıq və əkinçiliklə, qadınları isə xalça və gəbə toxumaqla məşğul olurdular. 

Muğamın ifası

Muğamın ifası Muğamın ifası iki cür olur: birincisi, vokal-instrumental, yəni ansambl şəklində; belə ansambl keçmişdə "xanəndə və sazəndə dəstəsi" adlanırdı. Müasir musiqi ifaçılığında "muğam üçlüyü" deyilir - klassik muğam üçlüyü tar, kamança və xanəndədən (eyni zamanda, qaval çalır) ibarətdir.