Şah Abbas (Səlim) karvansarası Dərələyəz mahalının ərazisində, Ələyəz dağının Səlim aşırımında, Ağkənd kəndindən təqribən 700 metr yuxarıda yerləşir. Abidənin yerləşdiyi ərazi 1931-ci il oktyabrın 15-dən Keşişkənd rayonu, 1935-ci il yanvarın 3-dən Mikoyan rayonu, 1957-ci il dekabrın 6-dan isə Yeğeqnadzor rayonu adlandırılıb.