Cizgi filmləri

“Rikki-tikki-tavi” cizgi filmi (rus dilində)

“Rikki-tikki-tavi” cizgi filmi tanınmış ingilis yazıçısı Redyard Kiplinqin nağıllarının motivləri əsasında çəkilib. Cizgi filmində bir manqustdan danışılır. Manqust ona sığınacaq verən insanlara o qədər bağlanır ki, dostlarının başının üstünü bəla alanda düşünmədən öz həyatını riskə atmağa hazırdır. Bu cizgi filmi fədakarlığı, cəsur olmağı öyrədir, tamaşaçıda minnətdarlıq hissini tərbiyə edir. Balaca manqust  körpə ikən valideynlərini itirir. Amma tək qalmır. Yaxınlıqda yaşayan ailə onu götürüb saxlayır. Qonşuluqdakı bağın  bütün sakinləri, hətta siçovul Çuçundra da Rikkinin dəcəlliyindən xəbərdardır. Heyvanlar bir-biri ilə yaxşı dil tapır. Amma bağda iki qəzəbli və zəhərli kobra da yaşayır. Bir dəfə balaca Rikki xəlvətcə onların söhbətinə qulaq asır. Kobralar Rikkinin yaşadığı evin sakinlərini sancmaq istəyir. Onların qorxunc niyyətindən xəbər tutan  Rikki təkbaşına ölumcül mübarizəyə hazırlaşır.