Vaqif Məmmədov. Söyüdə seyid deyir
Fidan körpədi,
Üçcə yaşı var.
Qara gözləri,
Qara qaşı var.
Sayanda çaşır,
Düz saya bilmir.
Çətin sözləri
O, deyə bilmir.
“R” - ya “y” deyir,
“ö ” - yə “e” deyir.
Uşaqlar gülür.
Xətrinə dəyir.
Bir gün həyətdən
Xəbərlə gəldi...
Qaçıb söylədi
öz qardaşına:
Pişik çıxıbdı
Seyidin başına...
Uşaqlar evdən
Bağa düşdülər.
Onun sözünə
Çox gülüşdülər.
Güldü Qərənfil,
Şəlalə, Püstə.
Pişik çıxmışdı
Söyüdün üstə.
31.08.2026