Firidun Ağazadə. "Qaz" sözü
“Qaz” - 1
Ördəyə bənzəyir qaz,
Amma ki, uzunboğaz.
Qovanda qaça bilir,
Uçursan, uça bilir.
Əti yeyilən quşdu,
Bir də gördün, yeriyir
Bir də görürsən, uçdu.

“Qaz” - 2
Gözə görünməsə də,
Qaz maddədir, cisimdir.
Kibrit çəkəndə yanır,
Qışda evlər isinir.