Son əlavə olunanlar

Mədəni irsimiz

Azərbaycanda daş oyma sənəti

İbtidai insanların ilk yaşayış məskənləri (mağara və s.) daşdan olmuşdur. Qadınların ilkin bəzəyi ilkin qələm və lövhədə daşdan olmuşdur. İnsanda rəsm qabilliyyəti və estetik zövqün inkişafında da daş böyük rol oynamışdır.

Akademik Milli Dram Teatrının tarixi

Azərbaycanda lap qədimlərdən elə xalq mərasimləri, el şənlikləri vardı ki, orada çağdaş teatrın estetik prinsiplərini təcəssüm etdirən oyunlar mövcud idi.

Bakı Opera Teatrının tarixi

Bakıdakı opera teatrı üçün tikilən binanın tarixi çox maraqlıdır. 1910-cu ildə Bakıya bir xanəndə qadın gəlir. Səsinin ahəngi, özünün gözəlliyi ilə Bakı milyonçularının diqqətini cəlb edir. Milyonçu Mayılov qardaşlarından böyüyü bu qadına bərk vurulur. Ona brilyant üzüklər, sırğalar, boyunbağılar, qolbaqlar bağışlayır.

Azərbaycanda kitabxanalar necə yarandı

Orta əsrlərdə bir çox alim və şairlərin yetişməsində, eləcə də qiymətli əsərlərin müһafizəsi və təbliğində kitabxanaların misilsiz xidməti olmuşdur. Onu demək kifayətdir ki, Gəncədə zəngin kitabxanalar olmasa idi, bəlkə də, Nizami düһası yetişməzdi. Dayısı Xacə Ömərin sayəsində kitabxana nın qapısı şairin üzünə һəmişə açıq olmuşdur. Böyük şairin əsərlərində qeyd edilir ki, Gəncə kitabxanasında o zaman 10-dan çox dildə kitab olmuşdur. Nizami yaradıcılığının təhlili göstərir ki, o, bir neçə dil bilmiş, dünya tarixinə, elminə və ədəbiyyatına yaxından bələd olmuşdur. Ömrünü Gəncədə keçirmiş şair bu bilikləri yalnız kitablardan əldə edə bilərdi.

Nizami məqbərəsi

Nizami məqbərəsi — dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olduğu Gəncə şəhərinin yaxınlığında yerləşir. Məqbərənin hündürlüyü 22,4 metrdir. En kəsiyi milli ornamentə uyğun olaraq 8 guşəlidir. Abidənin daxilində, onun lap aşağı hissəsində şairin sərdabası yerləşir. İlk sərdabənin tikintisi 13-14-cü əsrlərə aid edilir. Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərləri tərənnüm edən tuncdan abidə yerləşir.

2500 yaşlı xalça

Keçən əsrin ortalarında Altayda yerli türklərin Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim kurqandan hamını heyrətə salan əşyalar aşkar edib.