Atalar sözləri

Əli çıraqlı gəzmək

Diqqətlə, yorulmadan, hərtərəfli, inadla axtarmaq.

 

Bu ifadə qədim yunan filosofu Diogenlə (e.ə. 412–323) əlaqədar bir rəvayətdən yaranmışdır.

 

Ömrünün sonlarına yaxın böyük filosof çox vaxt günün günortaçağı çırağı yandırıb küçə ilə gedir, nəyi isə axtarırmış. Çırağı gündüz işığında nə üçün yandırdığını soruşanlara «mən adam axtarıram» cavabını verirmiş. Beləliklə, Diogen «adam» adına layiq olmayan insanların çoxluğuna işarə etmişdir.

 

Dilimizdə bu ifadənin mənası bir qədər başqadır: daha çox lazım olanı və gərəkli bir şeyi təkidlə axtarmaq. Poetik nümunələrdə və nəsr əsərlərində bununla bağlı çoxsaylı misallar vardır.