Şeirlər

Zeynalabdin Novruzoğlu. Dalaşmaq axmaq bir iş

Bu daş necə bərk imiş
Qalıb, qalıb bərkimiş.
Başıma dəyən kimi
Daş boyda başımda şiş...


Bu daş necə çoxbilmiş,
Necə də ağıllı imiş.
Məni başa saldı ki,
Dalaşmaq axmaq bir iş.