Son əlavə olunanlar

Təbiət

Qabun gürzəsi

Qabun gürzəsi və ya kassava (Bitis gabonica) - Sahara səhrasının cənub bölgələrində, Afrikanın tropik meşələri və savannalarında rast gəlinən gürzə növüdür. Bütün gürzələr kimi, zəhərlidir. Bitis cinsinin ən iri, gövdəli üzvüdür və uzunluğu 5 santimetrə qədər olan uzun köpək dişlərinə və kral kobradan sonra ikinci öldürücü zəhərə sahibdir.

Heyrətamiz Velviçiya

Heyrətamiz Velviçiya (Welwítschia mirabilis), Anqolanın Cənub-Qərbində və Namib Səhrasında, Atlantik okeanı sahili boyunca bitən uzun ömürlü relikt və endemik bitkidir. 

Yırtıcı bitki Nepentes

Nepentes (Nepenthes)― dünyanın ən gözəl və xoş ətirli bitkisi olmasına baxmayaraq həşəratların əsl düşmənidir.

Pambıq topa bənzəyən Yapon quşu Şima Enaqa

Şima-Enaqa - Yaponiyanın yalnız Hokkaydo adasında rast gəlinən sevimli və uzunquyruqlu tit (arıquşu) ailəsinin nümayəndələrindən biridir. Qara yumru gözləri və büllur ağ rəngi ilə çoxlarının ürəyini fəth edən bu kiçik quşu pambıq topuna bənzədirlər.

Torpağın dili göbələyi

"Torpağın dili" kimi tanınan Geoglossum Cookeianum göbələyi qeyri-adi görünüşə sahib olan, qida üçün yararsız, kiçik bir göbələk növüdür. Göbələk kiçik bir yastı topa və ya uzaqdan bir dilə bənzəyir. Göbələk üçün qeyri-adi olan qara rəng bu göbələyi yoldaşlarından asanlıqla fərqləndirir. Nəmli havada göbələk parlaq, yapışqan və sürüşkən olur.

Azərbaycanın relyefi

Azərbaycanın iri relyef formaları tektonik proseslər nəticəsində əmələ gəlmişdir. Bu formalar yüz və minlərlə kvadrat kilometr əraziləri əhatə edən tektonik zonalara uyğun gəlirlər.