Son əlavə olunanlar

Bu maraqlıdır!

Salamlaşma adətləri

Hər birimiz gün ərzində dəfələrlə əl sıxıb salamlaşırıq. Bu salamlaşma formasının qədim tarixi var. Qədimdə kişilər özləri ilə silah gəzdirərdilər. Hər zaman döyüşə hazır olmaq üçün onlar silahı sağ əllərində tutardılar.  

Azərbaycan animasiyası keçmişdən gələcəyə

Azərbaycanda animasiya filmlərinin yaranması 1969-cu ildən başlayır. O dövrdə kinostudiyanın nəzdində 2 illik animasiya kursları təşkil olunmuşdu. Mən həmin kursların məzunuyam və 1968-ci ildə oranı bitirmişəm. Bu kursların nəticəsi olaraq Azərbaycanın ilk rəngli animasiya filmi – klassik “Cırtdan” ekranlaşdırıldı. Onu klassik adlandırmağım təsadüfi deyil, çünki sonrakı illərdə “Cırtdan” mövzusunda bir çox animasiya filmləri çəkildi.  

Fövqəladəhallar və nişanlar

Fövqəladə hallar təbii fəlakətlər və texnogen qəzalar nəticəsində yaranır. Zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. fövqəladə halları yaradan təbiət hadisələridir. Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verir.Müasir dövrdə ən təhlükəli texnogen qəza kimyəvi və radioaktiv qəzalardır. Çünki bu zaman ətraf mühit və insanlar zəhərlənir.

Bakı Funikulyoru

Ümiddən parlayan işıq- Rəhbər jurnalı

Azərbaycan ziyalıları üçün milli uşaq mətbuatı mövzusu daim aktual olmuşdur. Onlar bu sahəni inkişaf etdirmək üçün əllərindən gələni əsirgəmədilər. Bu yolda böyük səy göstərərək bir çox uşaq mətbu orqanının fəaliyyətinə işıq saçdılar.  

Uzunömürlü uşaq jurnalı- "Məktəb"

Uşaq mətbuatında unudulmaz iz qoyan "Dəbistan" jurnalı ondan sonra dərc olunacaq "Rəhbər", "Məktəb" jurnalları üçün əsas nümunəyə çevrildi.