Son əlavə olunanlar

Odlar Yurdu

Şollar su kəməri

1859-cu ildə Şamaxı zəlzələsindən sonra qəza mərkəzinin Bakıya köçürülməsi ilə şəhər sürətlə inkişaf etməyə başladı. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq XX əsrin əvvəllərində Bakının əhalisi artıq 200 min nəfərə çatmışdı.

Azərbaycan gölləri

Azərbaycanda təbiətin bütün gözəllikləri var. Bu baxımdan vətənimizi zəngin təbiət muzeyi adlandırmaq olar. İl boyu zirvəsi qarla örtülü dağlar, yaşıl meşələr, sərin yaylaqlar, təkrarolunmaz gözəlliyə malik göllərlə bol olan Azərbaycan tarixən səyyahların sevə-sevə gəzdikləri bir məkan olub. İndi gəlin birgə Azərbaycan  göllərini səyahətə çıxaq. Qafqaz dağlarının qoynunda yerləşən bu məmləkətdə bir sıra irili-xırdalı göllərə rast gəlmək olar. Bunların içərisində təbii olanlarla yanaşı süni göllər də mövcuddur.   

Azərbaycanda ilk müstəqil xanlıq - Şəki xanlığı

XVIII əsrin 40-cı illərində Azərbaycanda siyasi-iqtisadi vəziyyət pisləşmişdi. Fasiləsiz müharibələr nəticəsində təsərrüfat dağılmış, ölkənin iqtisadi vəziyyəti pisləşmişdi. Yerli hakimlər özbaşınalıq edir, vergiləri qanunsuz olaraq artırırdılar. Bu isə əhalinin narazılığına səbəb olurdu.  

Şirvan Milli Parkı

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Səlyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır.

Ləkit məbədi

Ləkit məbədi Qax rayonunun Ləkit kəndinin 1 km uzaqlığında yerləşən qədim alban məbədidir. Ləkit dairəvi məbədi Ləkit kəndinin cənubunda, fındıq ağacları ilə zəngin yüksəkliyin kənarında yerləşir. 

Həmədan

Azərbaycan türklərinin qədim yurd yerlərindən biri olan Həmədan əyaləti indiki İran İslam Respublikasının qərb hissəsində yerləşir. Həmədan şimaldan Zəncan, cənubdan Loristan, şərqdən Mərkəz (Ərak), qərbdən isə Kirmanşah və Kürdüstan əyalətləri ilə həmsərhəddir. Həmədan şəhərində ölkənin böyük əyalətləri və şəhərlərinə - Qəzvinə, Tehrana, Kirmanşaha, Məlayerə, Bürucerdə, Savəyə gedən yollar kəsişir.