Əcnəbi tarixçi, alim, coğrafiyaşünas, diplomat, səyyah və tacirlərin Azərbaycan şəhərləri və sənətkarlığı, ticarəti, ticarət yolları haqqında verdiyi məlumatlar böyük əhəmiyyət daşıyır. Son orta əsrlərdə Azərbaycana gəlmiş və Bakı haqqında gördüklərini yazmış Avropa səyyahlarını xronoloji ardıcıllıqla izləmək yerinə düşərdi.