Son əlavə olunanlar

Odlar Yurdu

Qalaaltı mineral suyu

Mineral suların müalicəvi keyfiyyəti onun tərkibindəki mikroelementlərin və üzvi maddələrin zənginliyindən asılıdır. Bu baxımdan yerli və xarici alimlərin hələ keçmiş sovetlər dövründə «Qalaaltı” mineral suyunun hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi xüsusiyyətləri ilə bağlı tədqiqatları böyük əhəmiyyət kəsb edir.

Xudafərin körpüləri

Təxminən səkkiz-doqquz yüz il əvvəl tikildiyi güman edilən Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirirdi.   

Azərbaycan manatının tarixi

Azərbaycan manatı - Azərbaycan Respublikasının pul vahididir. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Ramana qalası

Bakının Ramana kəndində XII-XIV əsrlərə aid edilən, ağ daşdan tikilmiş bu müdafiə qalasının hündürlüyü 15 metrdir. Şirvanşahlar dönəmində qəsr kimi də istifadə olunub.

Fit qalası

Fit dağı mühüm hərbi strateji əhəmiyyətə malik olmuşdur. Yamacları, əsasən, meşəlikdən, bir sıra yerlərdə isə sıldırım qayalıqlardan ibarət olan dağın ən yüksək zirvəsində inşa olunan Fit qalası Şamaxı şəhərindən təxminən 35 km məsafədə yerləşir.Qalanın adı hündürlüyü dəniz səviyyəsindən 1810 metr yüksəklikdə yerləşən Fit dağının adından götürülüb.

Gerbimizdəki təsvirlər nəyi ifadə edir

Azərbaycanın dövlət rəmzlərinin hər birinin öz tarixi var. Bayrağımızın ilk formaları, yaranması və onun üzərindəki hər bir elementin mənaları haqqında hamımız məlumatlıyıq. Hazırkı dövlət gerbi də müəyyən formalaşma dövrü keçib, ilkin variantlar təklif olunub, sonda ən optimal variant təsdiqlənib. Onun hazırlanması üçün keçirilən müsabiqədə rəssam dizayner Rafiq Məmmədov iştirak edib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi ilk andiçmə mərasimini, “Əsrin müqaviləsi” və bir çox beynəlxalq tədbirlərin interyer dizaynının müəllifidir.