Son əlavə olunanlar

Təbiət

Mamırlar

Bu bitkini harada görmək olar? Biri deyəcək tundrada, başqası deyəcək dağlarda, üçüncüsü deyəcək tropik meşələrdə. Bunların hamısı düzgün cavabdır.

İlanlar

İlanların bədəni elastik olur. Əl-ayaqları yoxdur. Onlar gah yoğun ip kimi qıvrılır, gah da gözlənilmədən açılır və qıvrıla-qıvrıla sürünürlər. 

Yumurtaya bənzər göbələk: Phallus impudicus

Möcüzəli, həyati əhəmiyyət kəsb edən Phallus impudicus göbələyi insanlar arasında bir neçə adıyla məşhurdur. Bunlar arasında "cadugərin yumurtası", "laxta yumurta" və s. var. Ən sürətli böyüyən göbələk kimi adı Ginnes Rekordlar Kitabına salınıb. Dəqiqədə 5 mm böyüyür.  

Sümüyü yaşıl Sarqan balığı

Sarqan balığı (Belone belone), Belonidae ailəsinə aid uzun və incə gövdəli bir dəniz balığıdır. 60-70 sm, hətta bəzən 1 m uzunluğa çatır, maksimum çəkisi 1,3 kq-dır. Təxminən 18 il yaşayır. Kiçik balıqlarla qidalanır. Cəld üzən bir balıqdır.

Konfet ağacı “Şirin hoveniya”

Konfet ağacı kimi tanınan “Şirin hoveniya”nın (Hovenia dulcis) hündürlüyü 10-20 metrədəkdir. Vətəni Yaponiya, Şərqi Çin, Koreya və Himalaydır. Hoveniyanın yarpaqları növbəli, yumurtavari və ürəkvari-yumurtavaridir. 

Banyan ağacı

Banyan ağacı (Hind İnciri) Hindistan bölgəsində yetişən kökləri yuxarıdan aşağı doğru böyüyən bir incir ağacı növüdür.