Son əlavə olunanlar

Təbiət

Yalançı ağ akasiya

Vətəni Şimali Amerikanın şərq sahilləri olan Yalançı ağ akasiya (Robinia Pseudoacacia) bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yalançı akasiya cinsinə aid bitki növüdür. Əvvəlcə Fransaya gətirilib, sonra bütün Avropaya yayılan bitki bir çox Avropa ölkələrində bəzək bitkisi və meşə ağacı kimi becərilir.  

Linnaeus Nəbatat bağı

Uppsalada, Karl Linnaeusun ev-muzeyinin yanında bağ var. Evin istənilən pəncərəsindən görünən bu bağda çiçəklər günəşi izləmək üçün taclarını çevirərək vaxtı göstərir. Düzdür, bu saat yalnız günəşli havada işləyir.   

Ütəlgi qızılquş

Ütəlgi qızılquş (Falco cherrug) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növüdür.   

Qalapaqos tısbağası

Qalapaqos tısbağası heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinin chelonoidis cinsinə aiddir. Tısbağa Ekvator ərazisinin qərbindən təxminən 1000 km-də yerləşən bir vulkanik arxipelaq olan yeddi Qalapaqos adalarına məxsusdur. İspan tədqiqatçılar 16-cı əsrdə adanı kəşf etmiş və İspanca mənası tısbağa olan galápago adını vermişlər.  

Surinam pipa qurbağası

Surinam qurbağası Cənubi Amerikada yaşayır və dünyanın ən qəribə amfibiyalarından biridir. Adını yaşayış yerlərindən birinin - Surinamın şərəfinə almışdır. Boliviya, Ekvador, Kolumbiya, Braziliya, Trinidad və Tobaqoda, eləcə də Amazonun digər yerlərində rast gəlinir. Bu amfibiyanın bədəni düz, başı üçbucaq, gözləri isə kiçikdir. Erkəklərin uzunluğu 10-15 santimetrə, dişilərin uzunluğu 10-17 santimetrə çatır. Surinam pipası yumurtalarını kürəyində daşıyır. Yumurtalar dişinin kürəyinə yapışır, bundan sonra onların üstündə yeni dəri təbəqəsi əmələ gəlir. Balalar 12-20 həftə sonra doğulur.  

Mussonlar nədir

Mussonlar dənizlərə, xüsusilə də Hind okeanına məxsus fəsillərlə olan küləklərdir.