Son əlavə olunanlar

Təbiət

Xoşbəxt üzlü Havay hörümçəyi

Xoşbəxt üzlü Havay hörümçəyi (lat.Theridion grallator) Havay arxipelağına aid olan hörümçək növüdür. Bu hörümçəklər dəniz səviyyəsindən 300-2000 m yüksəklik ərazilərində yerləşən yağışlı meşələrində yaşayır.

Zebra duker

Zebra duker (lat. Cephalophus zebra) - Qərbi Afrikada yaşayan duker cinsinə aid kiçik məməli heyvan növüdür. Kiçik antilop növüdür. Vəhşi təbiətin olduqca nadir heyvanlarından biridir. 

Ən güclü böcək - Kərgədan böcəyi

Kərgədan böcəyi və ya yapon buynuzlu böcəyinə Yaponiyada “kabutomushi” deyilir. “Kabuto” yapon dilində dəbilqə mənasını verir. Onu samuray dəbilqəsinə bənzədirlər. “Mushi” isə böcək deməkdir. Erkəklər 40-80 mm, dişilər isə 40-60 mm uzunluqda olur. Erkəklərin başında olan “Y” hərfinə bənzəyən buynuz, ərazinin qorunmasında istifadə olunur. Həmçinin, onlar digər erkəklə mübarizə zamanı onu buynuzunun üstünə alaraq havaya atır.   

Tikanlı hörümçək- Gasteracantha cancriformis

Gasteracantha cancriformis, tikanlı hörümçək olub, Araneidae fəsiləsinin nümayəndəsidir.

Mafusail şam ağacı– Planetin ən yaşlı ağacıdır

Minilliklər boyunca Kaliforniyanın White Mountain (Ağ dağ) dağının ətəyində dünyanın ən yaşlı ağacı bitir. Mafusail şam ağacı - planetin ən qədim və yaşlı canlılarından biridir. Alimlərin fikrincə, ağac təxminən 4842 yaşındadır.  

Dünyanın ən xoşbəxt heyvanı- Kvokka

Kenqurular fəsiləsinin, qısaquyruq kenqurular cinsinə aid olan yeganə növ kvokka  və ya qısaquyruq kenqurudur. Təxminən ev pişiyi boyda olan bu canlı digər məməlilərdən fərqli olaraq, otyeynən və gecə canlısıdır.