Son əlavə olunanlar

Təbiət

Daş Balığı

Dünyanın ən zəhərli beş heyvanından biri olan daş balığı (Synаnсеiа vеrruсоsа) Hind və Sakit okeanlarında yaşayır. Bu qeyri adi dəniz canlısının belindəki 13 zəhərli tikan hər hansı bir canlıya toxunduğu zaman onu iflic etmək gücünə malıkdir.

Avstraliyanın buynuzlu köpəkbalığı “Port – Cekson”

Avstraliyanın buğa köpəkbalığı və ya buynuzlu köpəkbalığı kimi də tanınan Port – Cekson köpəkbalığı Sakit və Hind okeanlarının mülayim və tropik sahil sularında, mərcan və yosun çəmənliklər arasında yaşayır. Port Cekson köpəkbalığına ilk dəfə Avstraliyanın cənub sahillərində rast gəlinib, buna görə də Avstraliyanın köpəkbalığı kimi dünyada tanınır. 

Şirin dağsiçanı və ya xomyak

Uşaqlar evdə dağsiçanı (xomyak) və dəniz donuzu saxlamağı çox sevirlər. Bu xoş və sevimli gəmiricilərə qulluq etmək elə də çətin deyil. Qızıl tüklü xomyakın uzunluğu 12 - 15 sm arasında, çəkisi 100-150 qram ağırlığındadır. Vətəni Avropa və Asiyadır.  

Biruanq və ya Malay ayısı

Biruanq, ayıkimilər fəsiləsinə daxil olan ayı növüdür. Şimal-şərqi Hindistan, Cənubi Çin, Myanma, Tayland, Hind-Çin və Malakka yarımadaları, İndoneziya (Sumatra və Kalimantan) kimi ərazilərdə yayılıb. Əsasən biruanqlara Cənub-Şərqi Asiyanın tropik və subtropik meşələrində rast gəlmək mümkündür.

Antarktika qurdu

Antarktika qurdu (lat. Eulagisca gigantea), okeanda yaşayan çoxqıllı qurdlar sinfinin həlqəvi qurdlar bölməsinə aiddir. Bu növ qurdlar Cənub Okeanı və ya Antarktik okeanının dibində yaşayır. 

Vəhşi heyvanlardan necə qorunmaq olar

Vəhşi heyvanlardan hamımız qorxuruq, amma onlardan qorunma üsullarının olduğunu çoxumuz bilmirik. Deyə bilərsiz ki, kenquru və ya begemotla harada qarşılaşa bilərik ki?