Son əlavə olunanlar

Təbiət

Katemako gölü

Katemako gölü (Laguna de Catemaco, Laguna de Catemaco), Şimali Amerikada, Meksikada yerləşir.  

Azurit

Ürək, qan-damar sisteminə müsbət təsir göstərən Azuritin (Cu2[(OH)2 | CO3] ) adı fars dilindən gəlir. Rəngi – intensiv lacivərdi-göydən tünd-göyədək; torpaqvari kütlələri mavidir. Mineralın cizgisinin rəngi – mavi, göydür.  Azurit daşına bu ad gözəl rənginə görə uzun illər əvvəl verilmişdir. Bu mineralın tərkibi mis karbonatdır.  

Fillər bir-biri ilə adları vasitəsilə ünsiyyət qururlar

Alimlərin araşdırmasına görə, fillər bir-birini adları ilə səsləyir.  

Quarana bitkisi

Quarana (port. guaraná, lat. Paullinia cupana)— paulliniya cinsinə aid bitki növüdür.  

Aksolotl

​Aksolotl Salamandralar nəslinə aiddir. Salamandralarla yaxın qohum olmasına baxmayaraq maraqlı və qeyri-adi xüsusiyyətləriylə Salamandra və bütün amfibiyalardan ayrılır. Belə ki, aksotokl suda yaşayır, onun Salamandralardan fərqli olaraq quruda yaşaması demək olar ki, mümkün deyil.

Təbii piqmentlər

Piqmentlər yüksək dispersli boyayıcı maddələrdir, həlledicilərdə və plastifikatorlarda praktiki olaraq həll olunmur. Piqmentlər dekorativ və ya qoruyucu-dekorativ örtüklər yaratmağa qadirdir. Bütün hallarda piqmentlər kimyəvi cəhətdən təmiz maddələr deyil, texniki məhsullardır. Piqmentlərin xassələri təkcə onların kimyəvi tərkibindən deyil, həm də kristal modifikasiyasından, dispersliyindən və səthinin xüsusiyyətlərindən (məsələn, islatma) asılıdır. Bütün piqmentlər (həm üzvi, həm də qeyri-üzvi) kristal maddələrdir. Piqmentlərin ümumi qəbul edilmiş ciddi təsnifatı yoxdur.