Həsən Kamiloğlu. Sönməz, əbədidir Heydər Əliyev!
Mələklər qoynunda imdada çatan,
Xalqın nicat yolun xalqa anladan,
Müqəddəs bu yolda təkcə can atan,
İlahi qüvvədir, Heydər Əliyev!
Qılınc qənimi, qələmin gulu,
Haqqın dərgahında uludur, ulu!
Sevdiyi Vətəndir,bir Allah yolu
Sönməz, əbədidir, Heydər Əliyev!
Vətən, xalq yolunda canından keçən,
Həyatda mənalı bir ömür sürən
Hər bir addımında uzağı görən
Gözüdür xalqının, Heydər Əliyev!
Millətin adını yüksəkdə tutan,
İmzasın əbədi tarixə atan,
Düşdüyü bəladan qurtuluş tapan
Düşünən beynidir Heydər Əliyev!
Haqqın, ədalətin keşiyin çəkən,
Siyasi meydanda liderlik edən,
Beynəlxalq aləmdə hər sözü keçən,
Danışan dilidir, Heydər Əliyev!
Bəşər tarixində yeri görünən,
Xalq ilə ağlayıb, xalq ilə gülən,
Ulu öndəri tək, xalqın döyünən,
Yanan ürəyidir Heydər Əliyev!
Haqq sözüdür, Həsən deyir diliynən
Sevgi vəsf edilməz xalqa gücüynən,
Dünyada hər yerdən görünə bilən,
Əlçatmaz zirvədir, Heydər Əliyev!
12.12.2022