Şeirlər

Zahid Xəlil. Bildirçin

Yaşıl kolun dibində
Oxuyurdu bildirçin:
 “ Ovçu bizim yerimizi
Bildi neyçin, bildi neyçin.

 


Mənim körpə balalarım,
Uçun, qaçın! Uçun, qaçın! ”
Birdən körpə bildirçin
Oxudu için - için:
“ Anam hayanda qaldı
Bir... bir...bir dinsin.”

 

 

 

Körpəsinin səsinə
Haray verdi bildirçin:
“ Ovçu yoxdu, beçələr
Öz yerini bildirsin.”