Qəşəm Nəcəfzadə. Əgər
Balaca Tural
Ağladı bir gün.
Tez olun mənə
Şokolad verin.
Əgər siz mənə
Top almasanız,
Dənizə, çaya
Aparmasanız,
Dəvəyə, ata
Mindirməsəniz,
İşdən gələndə
Şəkil kitablar
Gətirməsəniz,
Bir gün gözümü,
Yumacağam mən,
Qalacaqsınız
Qaranlıqda siz.