Son əlavə olunanlar

Qarabağ

Şuşanın tarixi küçələri

Şuşanın küçələri çox şairanə, dolanbac, dimdik, enişli-yoxuşlu, girintili-çıxıntılı, çox döngəli idi. Şuşanın küçələrinin səkiləri böyük, düzbucaqlı daşlarla örtülmüşdü. Küçələrə böyük çay daşları döşənmişdi.

Zöhrabbəyovun evi

Şuşa şəhərinin Ocaqqulu küçəsində yerləşən Zöhrabbəyovun evi XIX əsrdə, Arran memarlıq məktəbi üslubunda inşa edilib. Memarı Kərbəlayı Səfixan Qarabağidir.

Məşədi Hüseyn Mirsəyyaf oğlunun karvansarası

Mehmanxana tipli Məşədi Hüseyn Mirsəyyaf oğlunun karvansarası Şuşanın "Şeytan Bazar" adlanan hissəsində yerləşirdi və iki mərtəbədən ibarət idi.

Qarabağ memarları, rəssamları və daş sənətkarlığı ustaları

Qarabağda ən qədim zamanlardan müxtəlif sənət sahələri təşəkkül tapıb, zaman keçdikcə inkişaf edib və təkmilləşib. Qarabağda memar, xəttat, misgər, dəmirçi, zərgər, toxucu, xalçaçı və naqqaşlar milli-mədəni dəyərlərin bənzərsiz nümunələrini yaradaraq sənət xəzinəsini özünəməxsus və nadir dəyərlərlə zənginləşdiriblər.

Yelisey monastırı

Müqəddəs Yelisey monastırı Murov dağ silsiləsinin ətəklərindən birində hündür təpə üzərində yerləşir və üç tərəfdən divarla, bir tərəfdən isə sıldırım qayalıqla əhatələnib. Monastır Tərtər rayonu ərazisində əlçatmaz bir mövqedədir və oraya aparan yol dar cığırdan keçir.

İkinci Qarabağ savaşı - Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.