Son əlavə olunanlar

Qarabağ

Hacı Bədəl körpüsü

Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü XIX əsrdə Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikilmişdir.

Saatlı məscidi

Saatlı məscidi — Şuşa şəhərinin Saatlı məhəlləsində yerləşən tarixi məsciddir. Məcid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa edilmişdir. Abidə memarın son əsərlərindən biri hesab edilir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.

Ağdam Cümə məscidi

Ağdam Cümə məscidi (inv. 202) 1868-1870-ci illərdə tikilmişdir. Memarı Kərbəlayi Səfixan Qarabaği olan məscidin iki minarəsi var. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən ucalan minarələr isə kərpicdən hörülmüşdür.

Hacıquluların malikanəsi

Hacıquluların malikanəsi Şuşa şəhərinin mərkəzi hissəsində yerləşir. Bu üçmərtəbəli bina həm eksteryer, həm də interyerində bütün təmtəraqlı malikanələr kimi milli memarlıq üslubunu özündə əks etdirir. 

Topxana meşəsi

Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Şuşa ətrafındakı toprpaqların 20 faizini əhatə edən meşədə palıd, fısdıq, qarağac kimi ağaclar vardı.   

Ağdam

Azərbaycanın qədim və çox böyük tarixə malik rayonlarından biri də Ağdamdır. O, Bakıdan 360 kilometr məsafədə, Qarabağ düzünün cənub - qərbində, dəniz səviyyəsindən 410 metr yüksəklikdə yerləşir. Mülayim iqlimi, relyefinin müxtəlifliyi, gözəl təbiəti ilə Azərbaycanın seçilən bölgələrindən biridir.