Son əlavə olunanlar

Qarabağ

Şuşa ətrafında tarixi yerlər

Əsrlərboyu mürəkkəb hadisələrin şahidi olan, öz gözəlliyi və təbii şəraiti ilə şöhrət qazanan Şuşa şəhərinin hər qarışı onun keçmişini, keçdiyi tarixi yolu əks etdirən silinməz izlərlə zəngindir. Dəfələrlə işğalçıların hücumuna məruz qalan Qarabağ xanlığının paytaxtında və onun ətrafında çoxlu tarixi məkanlar, yer-yurd adları var.

Şuşa qalasının karvansaraları

Böyük İpək yolunun üzərində yerləşən Azərbaycanın ticarət əhəmiyyətli şəhərlərində və karvan yolları üzərində karvansaralar tikilib. Karvansaralar ticarət məqsədilə bir şəhərdən digərinə gedən yolun üstündə karvanların dayanacaq yeri kimi nəzərdə tutulub.

Kəlbəcərin Alagölləri

Qarabağın ən böyük gölləri olan Böyük Alagöl və Kiçik Alagöl Kəlbəcər rayonu ərazisindəki Şərqi və Cənubi Göyçə silsiləsi arasında yerləşir. Göllər vulkan püskürmələri və çayların qabağının kəsilməsi nəticəsində əmələ gəlib.

Hacı Ələkbər məscidi

Hacı Ələkbər məscidi – Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayi Səfixanın ilkin işlərindəndir.

Xanabert qalası

Xanabert qalası Kəlbəcər rayonunun Vəngli kəndində, Gəncəsər monastrının cənub tərəfində yerləşən tarix-memarlıq abidəsidir. Qala, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır.

Mamayı məscidi

XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş eyniadlı məscidin memarı Kərbalayı Səfixan Qarabaği olmuşdur.