Son əlavə olunanlar

Qarabağ

Ağdam Çörək muzeyi

Biz artıq sizi Azərbaycanın erməni barbarları tərəfindən işğal edilən və dağıdılan Ağdam şəhəri ilə tanış etmişik.  Bu gün sizə bir vaxtlar gözəlliyi ilə seçilən Ağdamın ən maraqlı muzeylərindən birindən – Ağdam Çörək Muzeyindən söhbət açacağıq. Ağdamda dünyada ikinci çörək muzeyinin açılması ideyası Sadıq Murtuzayevə məxsusdur. Muzey ilk qonaqlarını 1983-cü il noyabrın 25-də qəbul edib.

Gəncəsər məbədi

Elmi ədəbiyyatda Xəzinədağ məbədi kimi yazılsa da, Gəncəsər adı ilə tanınan abidə Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşir. Məbəd XIII əsr xristian alban monastırıdır və XIX əsrə qədər Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur. 

Ağoğlan qalası

Laçın rayonunun Kosalar kəndi (sonralar bu kənd Ağoğlankənd adlandırılırdı) Qarıqışlaq-Laçın şose yolunun ikinci kilometrliyində Minkənd çayının sağ sahilində dəniz səviyyəsindən 1250-1300 metr yüksəklikdə yerləşir. Bu kəndin ərazisində hələ tədqiq olunmamış çox zəngin tarix və mədəniyyət abidələri vardır.

Qutlu Musa türbəsi və ya Xaçındərbətli türbəsi

Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nadir təsadüf edilən səciyyəyə malik türbədir. Türbə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür. Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Kutlunun məzarı üzərində tikildiyini göstərir. 

Möhtəşəm Şuşa qalası

Şuşa Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu şəhərin adını bildirən «Şuşa» sözü, bu diyarın saf, qeyri-adi dərəcədə şəffaf dağ havasının rəmzi olan «şüşə» sözündəndir. Təbiət Şuşaya unikal bulaqlar və mineral sular bəxş edib. Turşsu, İsabulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulaq və başqa bulaq adları bunu sübut edir. Şuşa həm də öz tarixi  memarlığı ilə məşhurdur. Burada işğala qədər 129 memarlıq abidəsi yerləşirdi.   

İbrahimxəlil xan sarayı

İbrahimxəlil xan sarayı və ya İbrahimxəlil xanın qəsri — Şuşa şəhərinin cənub-şərq hissəsində, Daşaltı kəndi yaxınlığında yerləşən tarixi saraydır. Bəzi mənbələrdə saray həm də Qarabağ xan sarayı adlandırılır ki, bu da İbrahimxəlil xanın hakimiyyəti dövründə sarayın xan igamətdahı olması ilə əlaqədardır.