İsa bulağı Şuşa rayonu ərazisində, rayon mərkəzindən 4 kilometr məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsidir. Azərbaycan təbiətinin nadir inciləriindən sayılır. Bu hidronim haqqında yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.