Bu maraqlıdır!

Çox uzaqda olanı necə görmək olar?

Əgər əşyalar çox uzaqda yerləşirsə və onları adi gözlə görmək mümkün deyilsə, onları binokl, müşahidə borusu və ya teleskop kimi optik cihazlar vasitəsi ilə görmək olar. Bu cihazların hər birinin içərisində müəyyən ardıcıllıqla cilalanmış qabarıq şəkilli dairəvi şüşə-linzalar və güzgülər yerləşdirilib. Linzalar uzaqda olan əşyaların kiçik şəkillərini böyüdür, güzgü isə onu gözün tor qişasına yaxınlaşdırır. Beləliklə, binoklun köməyi ilə biz uzaqda olan əşyaları yaxında yerləşirmiş kimi yaxşı görə bilərik, teleskopun köməyi ilə hətta planet və ulduzları da görə bilərik.


Teleskop 1671-ci ildə ingilis fiziki İsaak Nyuton tərəfindən ixtira edilib. Binokl isə bundan çox sonra yarandı-i lk dəfə 1850-ci ildə İqnatsio Porro adlı bir İtaliyalı tərəfindən düzədilmişdir.