Son əlavə olunanlar

Bu maraqlıdır!

Top oyunu idman növü, yoxsa dini mərasim idi

Mayyalılar üçün top oyunu sadə əyləncə və ya fiziki məşğələ deyildi. Onun çox dərin dini mənası var idi: top günəşə işarə idi, oyun yeri isə Kainatın simvolu idi.   

Feodalizm

Orta əsrlərdə Avropada kralların öz orduları yox idi. Öz torpaqlarını qorumaq üçün onlar torpaqlarının çox hissəsini zadəganlara və feodallara verirdi. Onlar isə müharibə zamanı öz krallarını qorumaq barədə öhdəlik götürürdülər. əsgərləri cəlb etmək üçün feodallar da kral kimi hərəkət edirdilər: onlar öz torpaqlarını silahlı münaqişə zamanı topladıqları vasallar arasında bölüşdürürdülər. Əsgərlər arasında at üstündə döyüşən cəngavərlər seçilirdi.

Astek incəsənəti

Tenoçtitlanda sənətkarlar xüsusi kvartallarda yerləşmişdi. Onlar keramika üzrə mütəxəssislər, zərgərlər idi, tacirlər tərəfindən uzaq yerlərdən gətirilmiş ekzotik lələklərdən bəzək, həmçinin mozaikalarla bəzədilmiş maskalar düzəldirdilər. 

Astek imperiyasının ürəyi sayılan şəhər

​İspanlar XVI əsrdə indiki Mexikoya gələndə ikili şəhər Tenoçtitlan-Tlatelokonun gözəl şəhər ansamblının gözəl görünüşündən məftun olmuş və vəcdə gəlmişdilər. 

Firuzə daşı

Firuzə daşı yer üzündəki ən qiymətli daşlar arasında mühüm yer tutur. Qədim türklərdə döyüş üçün istifadə edildiyi üçün türk daşı kimi də tanınır. Həm qadın, həm də kişi aksesuarlarının hazırlanmasında  üstünlük verilən ilk  daşlardan biridir.  

Mayyalıların yazı və təqvim üsulu

Mayyalılar iki vaxt ölçüsündən istifadə edirdilər, yəni iki müxtəlif təqvimləri olub.