Son əlavə olunanlar

Odlar Yurdu

Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi

1979-cu ildə tarixi və mədəni abidələrlə zəngin olan Laçın rayonunda tarix-diyarşünaslıq muzeyinin yaradılması barədə qərar qəbul edildi və muzey üçün eksponatların toplanmasına başlanıldı. Bu işin icrası və muzeyə rəhbərlik tarix elmləri doktoru Solmaz Səttar qızı Məhərrəmovaya tapşırıldı. 

Daşkəsən

Kiçik Qafqazın şimal-şərq yamaclarında, dağların əhatəsində yerləşən Daşkəsən dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşir. Buranın qışı soyuq, yayı isə sərin keçir. Dağlara söykənən və sıx palıd meşələrlə əhatə olunan, Daşkəsən Bakıdan 390 kilometr aralıdadır. 

Qafqaz Albaniyasının yadigarı - Bərdə

Bərdə Qarabağ düzənliyinin mərkəzində, Kür-Araz ovalığının şimal-şərq hissəsində, Tərtərçayın sahilində, Bakıdan 314 kilometr məsafədə yerləşir. Əhalisi 136 min nəfərdir. Qafqaz Albaniyasının yadigarlarından biri olan Bərdə tarixən Azərbaycanın və bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindən kimi tanınıb.

Dağların və düzənliklərin qovuşduğu diyar - Qazax

Qazax rayonu Bakıdan 470 kilometr aralıda, dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşir. Təzadlı relyefə malik olan rayonda həm dağlara, həm də göz işlədikcə uzanan düzənliklərə rast gəlmək olar. 

Havası loğman, suları məlhəm Lerik

Şərqdən mavi Xəzərlə, qərbdən canlı muzeyi xatırladan sıra dağlarla, sıx meşələrlə əhatələnən Lerikin gözəlliyi onu görən hər kəsi ilk baxışda valeh edir.  Lerikin ən uca zirvələri Kömürgöy və Qızyurdu dağlarıdır. Bakıdan 325 kilometr aralıda yerləşən Lerikdə tarixin yadigarları olan çoxsaylı abidələr var. 

Masallı

Cənub bölgəsində relyefinə və təbiətinə görə seçilən Masallı dağların qoynunda, yaşıllıqların əhatəsində, Bakıdan 232 kilometr məsafədə yerləşir. Aparılan arxeoloji qazıntılar və elmi tədqiqatlar göstərir ki, bu yerlərdə 15-20 min il bundan əvvələ insan məskənləri olub.