Son əlavə olunanlar

Odlar Yurdu

Dünyanın yeganə üzən adası - Batabat gölü

Batabat gölü Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşir. O, uçqun və sürüşmədən yaranan şirinsulu göldür. Burada olan ada dünyanın yeganə üzən adasıdır. Ada tamamilə torf və otdan ibarətdir və gölün dibinə qoşulmur, buna görə də yavaş-yavaş hərəkət edir. Adanın hərəkəti isə küləyə bağlıdır. Külək hansı istiqamətə əssə, ada o tərəfə doğru hərəkət edir.  

Azərbaycanın ən hündür şəlaləsi

Azərbaycanın ən hündür şəlaləsi hündürlüyü 96 metr olan Mucuq şəlaləsidir. Bu şəlalə Qəbələ rayonu, Laza kəndi yaxınlığında yerləşir. O, Dəmiraparançayının solunda, 1700 metr hündürlükdədir. 

Zindan qalası

Dairəvi qala Lənkəran qalası ilə eyni vaxtda XVIII əsrdə inşa edilib. Qalanın oxşarı olan ikinci tikili hazırda mayak kimi fəaliyyət göstərən Lənkəran mayakıdır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqəsi rolunu oynayıblar.

Allah-Allah türbəsi

Azərbaycan mədəniyyətinin nadir memarlıq nümunələrindən olan Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub Hafiz tərəfindən inşa olunub. Türbə Bərdə şəhərinin mərkəzində, eramızdan əvvəl inşa olunan torpaqqala adlı müdafiə qurğusunun içərisində yerləşir.

Xilafət dövründə pul

Ərəblərin işğal siyasətinin erkən dövrlərində pul zərbi əsas yer tutmurdu. Bu fakt onların həyat tərzi, şəhər və dövlət mədəniyyətinin atributları ilə tanış olmamaları və həmçinin, hələlik yalnız müharibələrlə məşğul olmaları ilə birbaşa bağlı idi. İşğal etdikləri bütün dövlətlərdə ilk illərdə onlar pul zərbini olduğu kimi saxlayırdılar. 

Cingöz qalası

Zaqatalanın şimalında sıx ağaclar arasında qərarlaşan bir məkan var.