Son əlavə olunanlar

Atalar sözləri

EY MIXI MİSMAR ELƏYƏN ALLAH!

 «Sən saydığını say, gör fələk nə sayır» mənasında işlədilən ifadə.

Qılınc həmin qılıncdır, qol o qol deyil

Birisi hər hansı alətlə və ya cihazla işləyə bilmədikdə, işin öhdəsindən gəlmədikdə və günahı alətdə (cihazda) gördükdə istehza ilə işlədilən ifadə.

Harun ölüb, Ənuşirəvan yaşayır

Zənginliyin, var-dövlətin gəldi-gedər, səxavət, əliaçıqlıq və ədalətin isə əbədi olduğunu bildirən ifadə.

Dəvəquşu taktikası

Hamının gördüyü şəkildə gizlənməklə yaxasını guya təhlükədən qurtarmağı mümkün hesab edən səfeh adamların davranışını səciyyələndirən ifadə.

Hamlet tələsi

Hər hansı cinayətkarın törətdiyi bəd əməli olduğu kimi səhnədə və ya bir hekayədə onun özünə göstərmək üsulu.

Çulunu sudan çıxarmaq

Hər hansı işin öhdəsindən birtəhər gəlmək, işin içindən çətinliklə çıxmaq, güc-bəla ilə dolanmaq.