Son əlavə olunanlar

Atalar sözləri

Dahiliklə dəlilik arasında bir addım var

Bir vəziyyətin digəri ilə əvəzlənməsi, ciddi, ağıllı bir şeyin qısa müddətdə gülməli hala keçməsi ehtimalı haqqında işlədilən ifadə.

Acın imanı olmaz

Aclığın insanı hər cür davranışa, o cümlədən hiyləyə əl atmağa, yalan söyləməyə belə vadar etdiyini bildirən ifadə.

Xoşbəxt ulduz altında doğulmaq

Həyatda uğur və xoşbəxtliyə sahib olmaq; bəxti gətirmək, şanslı olmaq.

İctimai rəy

İctimai həyatda, cəmiyyətdə baş verən hadisə və proseslərə insanların münasibətini gizli, yaxud açıq şəkildə əks etdirən ifadə.

Əli çıraqlı gəzmək

Diqqətlə, yorulmadan, hərtərəfli, inadla axtarmaq.

Quşu qonmaq

Bəyənmək, ürəyinə yatmaq, çox xoşuna gəlmək, istəmək.