Günlərin birində saray adamları xəlifəyə deyirlər ki, necə olsa da, Bəhlul sənin rəiyyətindir. Heç nə ilə məşğul olmur, təlxəklik edir, başı bir işə qarışsa, bəlkə ağıllana. Çağır ona nəsihət elə, bir az da puldan-paradan ver, qoy varlansın, dərdi-qəmi azalsın. Padşah onlara nə qədər dedisə ki, Bəhlul sözümə baxmayacaq, heç kim inanmadı. Axırda padşah onların yanında evin bir küncünə qızıl tökdürdü, o biri küncündə isə manqalda kabab bişirməyi əmr etdi. Bu tərəfdən də Bəhlulun dalınca adam göndərib onu çağırtdırdı. Bəhlul içəri girən kimi xəlifə öyüd-nəsihətə başladı: